13.11.2014

PEŞƏKAR MÜƏLLİMİN BƏDƏN DİLİ

ƏLLƏR VƏ ONLARİN İSTİFADƏ EDİLMƏSİ
Əllər insanın özünü ifadə etməsində ən hissi və ən təsirli orqandır. İnsan əlinin bacarığının inkişafı onun beyninin biolji inkişafı ilə paraleldir. İnsan beyninin düşünub xəyal etdiyini əllər həyata keçirir.
Əldə yerləşən saysız sinirlər vasitəsilə insan barmaqları arasındakı bir saç telini, ya da toz zərrəciyini hiss edir.
İnsan beynində baş və şəhadət barmaqlarını idarə edən hüceyrələrin yerləşdiyi sahə bütün duyğu orqanlarının tutduğu sahəyə bərabər, ayağın tutduğu sahədən də 10 dəfə böyükdür.
10437237_1503142326571309_729628670_n
ƏLİN FORMALARI
Bir dirijorun əlindəki çubuq hansı funksiyanı yerinə yetirirsə, danışan insanın əlləri də o funksiyanı yerinə yetirir. Əl hərəkətləri danışığımıza ritm və vurğu qataraq düşüncəmizin duyğusal tonunu göstərmiş olur.
AÇIQ ƏL
Müəllimin əllərinin hərəkətlərindən biri, ovuclarınin açıq olaraq çölə baxması və ovuc içinin şagirdə göstərilməsidir. Ovuc içi əllərin çölünə nisbətən daha həssasdır.
Müəllim sinifdə eyni səs tonu və sözlərdən istifadə etsə belə, ovcunun istifadəsindəki fərqlilik səbəbi ilə şagirdi narahat edə bilər.
Açıq əl şagirdə müəllimin daxilini göstərir. Belə bir əl şagirdə dostluq və inam təklif edir. Uzlaşma və razılığa dəvət edir. Müəllim ovuc içini şagirdə göstərməklə: “Mənim sizdən gizlədəcək heç bir şeyim yoxdur, sizinlə səmimiyəm və sizdən gələn mesajları qəbul etməyə hazıram”-deməkdədir. Açıq əl iqtidarlıq qurmaq hissi oyatmayacaq. “Bax əlimdə bir şey gizlətmirəm, həqiqəti deyirəm” demək üçün yaxşı bir üsul kimi qəbul olunur.
Bundan əlavə, açıq əl qarşınızdakı şəxsə olan hörmətinizi ifadə edir və təklifin bərabər səviyyədə qarşılıqlı əlaqə içərisində verilə biləcəyini də göstərir.
NÜFUZLU ƏL (QAPALI ƏL)
Qapalı tutulan əl ovuc içinin aşağıya tərəf olması, yəni əlin tərsinin yuxarı və ya qarşısındakı şagirdə tərəf olması müəllimin həssas tərəfinin dünyaya bağlandığını göstərir. O,sadəcə dərsini başa salmaq üçün sinifə girir. Özünü munasibətlərə bağlamışdır.
Dərsi izah edərkən əlinin üst tərəfini sinifə göstərən müəllim ya duyğularındakı inamsızlığı, ya da biliyindəki əskikliyi sinifdən gizlətməyə çalışır. Bu davranışı vərdiş halını alan müəllimin dərsindən bir şey gözləmək imkansızdır. Sanki əlləri ilə şagirdləri arasında bir divar hörərlər. Qapalı əl bir anda şagirdin beynində nüfuzu canlandırır.
Hər hansı bir müzakirəni dayandırmaq, sakitləşdirmək istəyən nazir, bir avtomobili dayandırmaq istəyən yol polisi, sinifi sakitləşdirmək istəyən müəllim ovucları aşağı baxaraq əllərini nüfuzlu şəkildə istifadə edərək danışacaqdır.
ƏLİN TƏHDİD VƏZİYYƏTİ
Şagirdin etdiyi bir səhvi əlini yumruq şəklində sıxaraq şəhadət barmağını kağız üzərinə uzadaraq göstərən müəllim heç bir üzr qəbul etməyəcəyini vurğulayır və bu, bir təhqirdir.
Şagirdi lövhəyə çağırarkən şəhadət barmağımızı ona tərəf uzadaraq “Sən qalx “dediyimizdə ona iki ismarıc göndərmiş oluruq .Birincisi, “Sənin adını demədiyimçün varlığını qəbul etmirəm”, ikincisi “Mən nə qədər gülümsəmiş olsam belə, lövhəyə gəlincə sənə elə suallar verəcəyəm ki, həll etmək çox çətin olacaq”. Şagird əşya deyil. Ona dəyər verməli və barmağınızla təhdid edərək deyil, açıq əlimizlə hörmət və sevgi duyaraq, adını çəkərək lövhəyə çağırmalıyıq.
beden-dili
Şagirdlərə xitab edərkən diqqət etməyinizi istədiyim şey, qollarınızın açıq, ovuclarınızın yuxarı və ya şagirdə baxan istiqamətdə olması və əllərinizi də həmişə belinizdən yuxarı tutmağınızdır. Bu, sinfin qavrama qabiliyyətini və sizinlə olan əlaqəni artırar.
Əlin yumruq olaraq istifadə edilməsi;
Əlin yumruq olaraq istifadə edilməsi yaxşı hal deyil. Yumruq insanı qoruyan təbii silahdır. Yumruq sadəcə üzə və qarına vurulmaz.Yumruq təhdidedici formada da istifadə edilə bilər.Yumruq stola qoyula bilər və yumşaq bir hərəkətlə havada tutula bilər.Yumruğu stola vurmaq kobudluq, duyğulara hakim ola bilməməyin işarəsidir. Əllərlə edilən ən təcavüzkar hərəkət budur. Sıxılmış bir yumruğu havada yellədən adam müdafiə etdiyi fikrə qarşı çıxıldığı vaxt, mübarizəni hansı şəkildə davam edəcəyinə şübhə yeri qoymur.
Barmağın havaya qalxması;
Əlin sıxılaraq şəhadət barmağının havaya qalxması və qarşıdakı şəxsi göstərməsi şagirdlərdə müqavimət və narahatçılıq meydana gətirir-təhdid və güc ifadə edən bir hərəkətdir. Şagirddə bu narahatçılığa qarşı çıxmaq, deyilənin əksini etmək istəyi meydana gətirir və müəllimə qarşı qəzəbli olmasına səbəb olur.
Şəhadət barmağınızı uzadıb şagirdi günahlandırarkən, digər üç barmağın bizi göstərdiyini unutmamalıyıq.
Bu görünüş qarşımızdakı insanı günahlandırdığımız mövzuda bizim də öz məsuliyyət dərəcəmizi düşünməmiz baxımından əhəmiyyətlidir.
Ovucun yuxarı baxması;
Ovucların yuxarı baxması ilə müəllim son dərəcə nəzakətli bir şəkildə şagirddən onun fikri ilə razılaşmasını istəyir. O qarşı tərəfdən gələn təkliflərə də hazır olduğunu bildirir.
Ovucun aşağı baxması;
Ovucun aşağı baxması artmış olan gərginliyə nəzarət etmək üçün soyuqqanlı yanaşma formasıdır.
Iki əlin ovuclarının qarşı tərəfə baxması;
İki əlin ovuclarının qarşı tərəfə baxması, müəllimin qarşı tərəfdən gələn təklif və müzakirələrə qarşı çıxmasıdır. Müəllim şagirdlə özü arasinda aşılmaz bir divar hörmüşdür.
Iki əlin ovuclarının sahibinin sinəsini göstərməsi;
İki əlin ovuclarının sahibinin sinəsini göstərməsi jesti qarşıdakı şagirdi və onun dediyi fikirləri qucaqlayaraq razılığa gəlmək arzusunu əks etdirir.
Əllərin bir-birinə keçirilməsi;
Əllərin bir-birinə keçirilməsi ümumi olaraq xoşa gəlməz bir şeyin,xəyal qırıqlıgının əlamətidir. Əgər dərsi izah edərkən şagirdin maraq dairəsindən kənara çıxdınızsa və artıq ona müraciət etmirsinizsə, o zaman şagirdin əlləri partanın üstündə bağlanmış və getdikcə yuxarı qalxdıgını görəcəksiz.
Əllərin öndə və arxada birləşdirilməsi;
Əllərin arxada birləşdirilməsi insanın özünə güvəndiyini və ətrafa meydan oxuduğunu xatırladır. Gizlədəcək və qorxacaq bir şeyin olmadığını qarşı tərəfə göstərirsiniz.
Əlləri bədənin arxasinda bükmək gücü təmsil edən polis, müəllim və zabitlər arasında bir jestdir.
Ümumiyyətlə, bu, dəhlizdən keçən məktəb müdirinin yerişidir. Əksər hallarda bu vəziyyət sinənin önə verilməsi, çiyinlərin qaldırılması və burunun yuxarı tutulması ilə tamamlanır.
Əllərin öndə birləşməsi isə itaəti və özünə inamsızlığı göstərir. Adətən boyunun əyilməsi, ciyinlərin aşağı düşməsi, bədənin bükülməsi ilə muşayiət olunur. Qarşıdakı insana başıma vur, çörəyimi al mesajını vermiş olur.
Məlumatlı vəziyyət;
Bu vəziyyət müəllimə “Mən bilirəm ” görünüşünü verir. İki əlin barmaqları birləşdirilir,burun azca yuxari tutulur, baxışlarda və üz xətlərində mövzuya tam sahiblik olur.
Bu hərəkəti etdikdə şagird sizin mövzuya tam hakim olduğunuzu və çox şey bildiyinizi düşünəcəkdir. Ancaq diqqətli olun, 45 dəqiqəlik dərs ərzində bu vəziyyəti davam etdirsəniz, tənəffüs zamanı sizi təqlid edən şagirdlərlə rastlaşacaqsınız.

XARİCİ DİL ÖYRƏNMƏK ÜÇÜN ATMALI OLDUĞUNUZ 10 ƏSAS ADDIM.

1-ci addım:
QƏTİ QƏRAR VERİN: Dil öyrənməyə neçə dəfə başlamısınız? Güman ki, bir çox dəfə. Amma kursa getmisiniz, kitab almısınız, internetdən təqib etmisiniz və sıxılıb buraxmısınız. Təkrar olaraq bunu yaşamamaq üçün dil öyrənməyə ciddi bir qərar verməyiniz lazımdır. Niyə dil öyrənmək istədiyinizi bilməyiniz də bura daxildir. Başqa ölkələrə köçmək, işləmək, gəzmək üçün ola bilər. Başqa dildə oxumaq, yazmaq, izləmək üçün də ola bilər. Hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın. Qərar verərkən də, xarici dili, oxumaq, yazmaq, danışmaq və ya hamısını etmək üçünmü öyrənəcəyinizi də dəqiqləşdirin. Sadəcə kitab oxumaq, internetdən məlumat toplamaq üçün dil öyrənəcəksinizə, təbii ki, proqramınız, danışmaq üçün dil öyrənəndən daha fərqli olmalıdır.
2-ci addım:
PROQARMINIZ TƏQVİMLİ OLSUN: Dil öyrənərkən özünüzü aldatmayın. 3 ayda dil öyrənmək üçün 24 saat dillə yatıb qalxmalısınız. Şagirdsinizsə, tələbəsinizsə, məmursunuzsa, işçisinizsə, ev xanımısınızsa, müdürsünüzsə, nəticədə, əvvəlcə, işinizi görüb, məktəbinizə gedib sonra dil öyrənəcəksiniz. Ona görə də məqbul və məntiqli bir zaman proqramı hazırlayın. Məsələn, belə bir proqram ola bilər: 6 ayda oxumaq, 10 ayda yazmaq, 12 ayda danışmaq, 24 ayda tərcümə etmək. Bu, ortalama olaraq, yeni bir dil öyrənən insanlar üçün olduqca uyğun bir proqramdır.
3-cü addım:
PROQRAMINIZA ƏMƏL EDİN: Hər öyrənən üçün ən çətin olanı bu tərəfdir. Proqrama əməl etmək. Çünki çox vaxt bir maneə çıxır və proqramımızı pozur. Bu mövzuda rahat olun. Bir gün çalışmadınızsa, axşam yatmazdan əvvəl 5- 10 dəqiqə öyrəndiyiniz dildə cümlələr qurmağa çalışaraq yatın. Ya da maşınınızla ya avtobusla gedərkən telefonunuza yüklədiyiniz materiallardan dinləyin. Əsla, “Neçə gündür, çalışmıram..bu iş olmayacaq” deməyin. Hər zaman davam edin. Kiçik, kiçicik öyrənmə fürsətlərini belə qaçırmayın. Duş qəbul edərkən, yemək hazırlayarkən, piyada getdiyiniz zaman, idmanla məşğul olarkən… Bəzən sizdən asılı olmayan səbələrə görə, proqramınız 1-2 ay kimi uzun müddət qədər uzana bilər. O zaman qətiyyən buraxmayın, ara verdiyiniz müddəti zaman təqviminə əlavə edin və davam edin.
4-cü addım:
NİZAMLI ÖYRƏNMƏYİN: Bu ifadəni səhv yazdığımı zənn edə bilərsiniz. Xeyr, doğru yazdım: Nizamlı öyrənməyin. Nəzərdə tutduğum budur: Yəni sıra ilə gedərək qrammatik məlumatları, ən sadə cümlələrdən başlayaraq danışmağa çalışmaq məşqləri etməyin. Bu gün çox sadə bir mövzu, digər gün heç eşitmədiyiniz ağır məlumatlar ehtiva edən başqa bir mövzunu çalışın. Qrammatikanı ordan-burdan çalışın. Bir kitaba bağlı çalışırsınızsa, bəzən başlardan..bəzən ortalardan..bəzən sonlardan çalışın. Unutmayın, uşaq olanda, danışdığımız dili öyrənərkən, nə qrammatika bilirdik, nə də dil bilgisi. Eşidə -eşidə şüuraltımız öyrənmişdi və biz də danışmağa başlamışdıq. Yeni dili də bu cür düşünün. Hər şeydən bir şeylər çalışın, dinləyin, danışın.
5-ci addım:
ƏZBƏRLƏMƏYİN: Xarici dil öyrənərkən əzbərləməyə ehtiyac yoxdur. Çünki həyatdakı ünsiyyətlər əzbərlə yaşanmır, o an təsadüfi yaşanır. Yeni tanış olduğunuz hər kəsdən, “adın nədir, haralısan, nə qədər vaxtdır burdasan, nələri sevirsən” kimi sualları arxa-arxaya soruşuruqmu? Xeyr, söhbət bizi o suallara onsuz da aparır. Əzbərləmək yerinə sözləri və cümlələri bol bol istifadə edin. Yeni bir sözmü öyrəndiniz, bunu dərhal istifadə edin. Mümkünsə, qeyri-adi şəkildə istifadə edin. Məsələn, “yaşıl” sözünü öyrəndiyiniz dildə öyrəndiniz, dərhal qeyri-adi söz birləşmələri  və cümlələr qurun: “Yaşıl adam gördüm, yaşıl su içdim, yaşıl çörək yedim” kimi.
6-cı addım:
SƏSLİ TƏKRAR EDİN: Şüuraltınız səsi çox sevir. Səsli danışın, oxuyun, yazın. Film izləyərkən, kitab oxuyarkən, musiqi dinləyərkən səsli olaraq təkrarlayın. Bu təkrarların sayı artdıqca və zaman keçdikcə sizə nə qədər çox yararlı olduğunu özünüz görəcəksiniz. Dilin sözləri və cümlələri öz-özünə ağlınıza gələcək. Kursa gedirsinizsə, kursdan verilənləri, getmirsinizsə, inernetdən tapdıqlarınızı bol-bol oxuyun, izləyin. Eyni mövzuları başqa qaynaqlardan çalışın, dinləyin. Bu mövzuda bir kitab evinə getdiyiniz zaman və internetdə o qədər çox köməkçi qaynaq var ki, heç bir zaman çətinlik çəkməzsiniz. Sadəcə olaraq, siz, tapdığınız bu qaynaqların haqqını verin.
7-ci addım:
DOST TAPIN: Dünyanın kiçik bir kəndə döndüyü bu mühitdə öyrəndiyiniz dili danışan yoldaşlar tapmaq o qədər asandır ki. Facebook, Twitter, Msn, Gmail kimi sosial mühitlərdən və xarici dil yoldaşlığı üçün qurulan bir çox saytdan faydalana bilərsiniz.
8-ci addım:
ALT YAZI OLMADAN FİLM İZLƏYİN: Xarici dil öyrənərkən hər kəs filmlərdən faydalanır. Ancaq çoxumuz alt yazı ilə (öz doğma dilimizdə və ya bildiyimiz hər hansı bir dildə) izləyirik ki, filmi anlayaq. Bunu beyninizdən silin. Filmlərdə alt yazı istifadə etməyin. İstifadə edəcəksinizsə də, öyrəndiyiniz dilin alt yazısı olsun. Sadəcə filmi izləyin. 5-10 filmdən sonra nə qədər çox inkişaf etdiyinizi və filmi bir qədər anlaya bildiyinizi görəndə, özünüz də təəccüblənəcəksiniz.
9-cu addım:
GÜNDƏLİK TUTUN: Deyə bilərsiniz ki, heç öz dilimdə gündəlik  tutmuram, qalmış xarici dildə tutum. Mənim demək istədiyim odur ki, öyrənmə gündəliyi tutun. “Bu gün bu dərsi işlədim. Bu sözləri öyrəndim. Bu anlamda işlənirlər” şəklində məlumatları qeyd edin. Sonra onları oxuyun. O gündəliklər, zaman keçdikcə, sizə, nə qədər çox bilgi öyrəndiyinizi göstərən və sizi cəsarətləndirən dostunuz olacaq.
10-cu addım:
CƏSUR OLUN, SƏHV EDİN: Ən önəmli addımı ən sona saxladım. Çünki dil öyrənməyin ən asan yolu bol-bol səhv etməkdir. Əgər başqa biri ilə danışarkən, yazışarkən, səhv edirsinizsə, təbii olaraq sizə bunun doğrusunu öyrətmək istəyəcək. Bu da  sizə pulsuz müəllim. Öz-özünüzə səhv etsəniz də, doğrusu ilə qarşılaşdığınız zaman şüuraltınız sizi doğrusuna yönləndirəcək. Çünkü səhvi bəlkə bir dəfə edəcəksiniz amma doğrular bir çox yerdə qarşınıza çıxacaq. Şüuraltı hər zaman çoxluğun tərəfindədir. Buna görə də dil öyrənəndə, “Cəsur ürək” olun və dayanmadan yalnış doğru dilə hücum edin.
Xarici dil öyrənmək çox çətin kimi görünən amma beyninizdə sizi qorxudan əngəlləri tərk etdiyiniz zaman çox zövqlü bir öyrənmə müddətidir. Başqa bir dildə söhbət etməyin, kitab oxumağın,  gündəlik tutmağın verdiyi zövq həqiqətən də başqadır.
Xarici dil öyrənmə müddətinizdə sizə uğurlar diləyirəm. Bir gün başqa bir dildə görüşmək arzusu ilə.

UŞAQLARI NECƏ TƏRBİYƏ EDƏK?

“Uşaqlar gələcəyimizdir “deyirik. Bəs bu gələcəyi necə qururuq? İstəklərimizə uyğun, yoxsa düzgün şəkildə?
Hər bir valideyn övladını sevir, onu gözəl insan görmək istəyir. Hansı valideyndən soruşsaq ki, “Övladınızı necə bir insan görmək istəyirsiniz?”, bütun valideynlər ən müsbət xarakter xüsusiyyətləri sadalayacaq; məsuliyyətli, ağıllı, dürüst, ləyaqətli və s. Amma bunu istəmək çox azdır. Bu xüsusiyyətlər öz-özünə formalaşmır. Onların formalaşması üçün uşağın daxilindəkiləri anlamaq, ora varmaq lazımdır. Bu varma onun daxilinə “qarışmaq” yox, daxildə olanları aşkara çıxarmaq üçün olmalıdır.
Valideyn ilk novbədə anlamalıdır ki, uşaq artıq bir şəxsiyyətdir. Özünün  şəxsi hissləri, istəkləri, arzuları olan insandır. O bizim əksimiz deyil. Onun dünyası özünün qavradıqları ilə formalaşır. Uşağın parlaq dünyasına yersiz müdaxilələrlə, özümüzə tam tabe etmək istəyiylə arzularımızın əksi olan bir insan formalaşdıracağıq. Çünki biz görmək istədiyimiz bir fiqur yaratmaq istəyirik.
3 yaşlı uşaqda “mən “formalaşmağa başlayir. O özünü sübut etməyə  çalışır. “Artıq mən varam”, “Mənim istəklərim var”, “Hesablaşmalısınız” mesajlarını verir. Bu dövr “3 yaşın böhranı” adlanır. Bu dövrdə böyüklər uşağın müstəqilliyini,sərbəstliyini lazımi şəkildə təmin edərlərsə, çətinliklər aradan qaldırıla bilər. Uşaq anlamalıdır ki, siz onu bir insan kimi qəbul edir, istəklərinə, tələbatlarına önəm verirsiniz. Lakin biz övladlarımızı heç 18 yaşında da sərbəst görmək istəmirik, onlarla hesablaşmır, fikirlərini önəmsəmirik. Axı o eşya deyil, niyə bunu anlamırıq? Bəyənmədiyimiz hərəkətlərini gördükdə misallar gətiririk: “Biz atamız evə gələndə bunu edərdik.”, “Biz valideynimizin yanında bunu etməzdik”. Deməli, biz özümüz kimi davranmırıq. Atamızı necə görmüşüksə, özümüz də elə ata olmaq istəyirik. Hətta çox zaman bundan narazı olsaq belə. Çox az hallarda valideyn öz düşüncəsi, şəxsi təcrübəsi əsasında tərbiyə üsulu seçir.
Hər zaman aktual olan daha bir üsul. Usaği istədiyimiz zaman döyə bilirik. Niyə? Çünki o bizdən gücsüzdü, hərəkətimizin qarşılığında bizi döyə bilməz. Güclü olduğumuzu uşağa sübut etməyə çalışırııq. Nəticədə çox zəif və aciz olduğumuzu ortaya qoyuruq. Güc, zor bir anın məsələsidir və ən asan üsuldur. Tərbiyə isə uzunmüddetli və çox çətin bir prosesdir. Tərbiyə insandan böyük əmək istər. Cəza və rəğbətləndirmə tərbiyədə istifadə olunan üsullardır. Lakin cəzadan da tərbiyəli şəkildə istifadə etmək lazımdır. Küçədə uşağınız ağlayırsa, zorla nəyisə almanızı istəyirsə, bu sizin düzgün olmayan tərbiyənizin nəticəsidir. Bundan pərt olduğunuz uçun onu küçədə döyürsünüzsə bu da sizin ciddi nöqsanınız və günahınızdır. Bu ərköyünlüyün əsasını siz qoymusunuz. Bəzən elə xırda, həm də bilmədən etdiyi bir xəta üzündən uşağı elə ciddi cəzalandırırıq ki, növbəti dəfə o belə bir hadisə baş verəndə bunu gizləyir, yalan danışır. Daha bir mənfi xüsusiyyət-yalançılığın əsası qoyuldu.
Övladınızı yaşıdlarıyla, qonşu uşaqlarıyla müqayisə edir, onlardan daha zəif, bəzən yaramaz biri olduğunu sübut etmək istəyirsiniz. Bununla da uşaqda neqativ hisslər, paxıllıq özünü göstərəcək. O həm başqalarının uğurunu qısqanacaq, həm də özünə inamı itirəcək. Maraq göstərdiyi bir işə, məsələn şəkil çəkmək istəyinə “Sən rəssam ola bilməzsən” deməyin. Onsuz da əgər bu istedadı yoxdursa, o bunu zamanla hiss edəcək. Amma sizin bu cür yanaşmanız, onun bəlkə də çox faydalı ola biləcəyi bir sahəyə həvəsini azaldır, yenə də inamını məhv edirsiniz. Hər zaman çalışın ki, hər hansı fəaliyyət növü ilə bağlı uğursuzluğunu, bütövlükdə şəxsiyyətinə aid etməyin.
Bir çin atalar sözündə deyilir : “Övladınız ovcunuzda tutduğunuz quş kimidir, bərk sıxsanız ölə bilər, boş buraxsanız uçub gedər.”
Əziz valideynlər, övladınızla dost olun, ona bir şəxsiyyət kimi yanaşın, problemlərin həllində onların da fikrini soruşun, suallarını mütləq cavablandırın. Övladınıza dəyərli olduğunu hiss etdirin və özünə güvənli bir insan yetişdirin.

BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR

Vətənin pərvəri ol!
BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR!
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 15-dən fevralın 1-dək vətənpərvərlik mövzusunda müsabiqə elan edir!
Müsabiqə üç yaş qrupunda, aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
1. şeir, esse və ya hekayə;
2. rəsm və ya əl işləri;
3. foto;
Müsabiqəyə qatılan iştirakçılar 10-17, 18-25, 26-35 yaş qrupları üzrə bölünəcəklər.
Hər yaş qrupunun qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
• Seçilmiş şeir, hekayə və esselərdən ibarət toplu nəşr olunacaq.
• Rəsm, foto və əl işlərindən ibarət sərgi keçiriləcək.
Qaliblər 2015-ci il fevralın 15-də təltif olunacaqlar!
Müsabiqədə iştirak etmək istəyənlər orijinal, heç yerdə çap olunmayan və sərgilənməyən əsərlərini və özləri haqqında məlumatı aşağıdakı ünvana təqdim edə bilərlər:
Az 1069, Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 7
Tel.: (+994 12) 561-71-41; 561-60-41; 561-60-51
bilikfondu@gmail.com
İştirakçılar haqqında məlumat
Adı, soyadı,
atasının adı Doğum tarixi və yeri İşlədiyi, yaxud təhsil aldığı yer Əlaqə telefonu və elektron ünvanı Qatıldığı nominasiya