Məktəbimiz



 Eldar    Məmmədov adına   İsmayıllı    şəhər 3 №-li  məktəb - lisey

Tədris ocağı 1972- ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 33 sinifdə 682 şagird təhsil alır. Onların tərbiyəsi ilə 106 müəllim məşğul olur. Məktəb 2007 – ci ildə Dünya Bankının krediti hesabına əsaslı təmir  edilmişdir. Məktəbin  ilk  direktoru , biologiya müəllimi  Ramazanov  Hacalı Mahmud oğlu, rus dili müəllimi Qəniyev Cavid Cəbi oğlu, riyaziyyat müəllimi Həsənov Saleh Qarakişi oğlu “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşlər.

Məktəb 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi elan edilmişdir.

Azərbaycan dili və ədəbiyyatı müəllimi Muradlı Çingiz Məzahir oğlu və ingilis dili müəllimi Əhmədova Humay Əlövsət qızı 2009- cu ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidirlər. Müəllimlərdən Dəmir Aydınov , Rasim Yusifov, Oktay Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülüblər.İbtidai sinif müəllimi Almaz İsmayılovaya Təhsil Nazirliyi tərəfindən təşəkkür edilmişdir.

2006- cı ildən indiyədək məktəbin direktoru Əhmədağa Ələkbərovdur. Məktəbin direktoruna Təhsil Nazirliyi kollegiyasının qərarı ilə şəxsi işinə yazlmaqla təşəkkür elan edilib.

Məktəbdə Kurikulum islahatları , fənn kurikulumlarının tətbiqi ilə əlaqədar təcrübələrin toplanması və öyrənilməsi üzrə “Kurikulum Mərkəzi” yaradılıb. Mərkəz lazımı avadanlıqlarla təchiz edilmişdir.

Məktəbdə “Tarix-diyarşünaslıq” muzeyi fəaliyyət göstərir.Muzeydə e.ə II-I minilliyə aid arxeoloji qazıntı nümunələri, qədim Basqal və Lahıc kəndlərindən gətirilmiş sənətkarlıq nümunələri, qədim və müasir dövrə aid pullar və digər tarixi eksponantlar toplanmışdır.

Məktəb “Dayaq məntəqə mərkəzi” kimi fəaliyyət göstərir. Yaxınlıqda yerləşən 8 məktəbin müəllimləri yaraılmış “Dayaq məntəqə mərkəzində” toplanmış metodiki vəsaitlər, qabaqcıl təcrübəni əks etdirən dərs nümunələrinin video yazılarından yararlanaraq qabaqcıl təcrübəni öyrənirlər.

Məktəbin 9 nəfər Qarabağ müharibəsində şəhid olmuş məzunlarına abidə, məktəbin adını daşıdığı kapitan Eldar Məmmədovun isə büstü qoyulmuşdur.

Məktəbdə böyük idman zalı, iclas zalı 3 informatika kabineti, “Təhsil resurs mərkəzi”, kitabxana, bufet, 2 laborotoriya fəaliyyət göstərir.Həyətyanı sahədə 200-ə qədər meyvə ağacı əkilmışdır.
  Azərbaycan  Respublikası Təhsil  Nazirliyinin  26  avqust 2014-cü il tarixli, 930 saylı əmri  ilə  İsmayıllı şəhər 3 nömrəli tam  orta məktəbinin  bazasında  məktəb-lisey yaradılmışdır.
2013-2014-cü ilin məzunlarından 19 nəfəri  ali məktəbə qəbul olmuşdur:

1.Hacimemmedli Gullu-ATU,mualice isi,650bal
2.Semedli Elnare-ATU,mualice isi,645bal
3.Huseynov Ilkin-ADIU,maliyye,634bal
4.Hesenova Fidan-ADU,ingilis dili muellimi,574bal
5.Hesenov Refael-AzTu,Komputer muhendisliyi,510 bal
6.Ismayilova Ayten-AzTU,meteorologiya,standartlasma,sertifikasiya
7.Elizade Nicat-Azerbaycan Memarliq ve Insaat Universiteti,su teserrufati,meleorasiya ve tikinti muhendisliyi-360
8.Zeynalova Rubabe,ATU,eczaciliq,460bal
9.Hacizade Aytac-ADU,Fransiz dili
10.Suleymanli Turkan-GENCE Dovlet Aqrar Universiteti
11.Mikayilov Rasim-Azerbaycan Universiteti,dunya iqtiasadiyyati
12.Seferov Rehman,Azerbaycan Medeniyyet Incesenet Universiteti,kinosunasliq
13.Penahli Sehriyar-Gence Dovlet Texnologiyalar Universiteti,elektroenergetika
14.Mikayilova Aysen-Azerbaycan Muellimler Institutu, ibtidai sinif muellimi
15.Cavadova Aygun-Baki Dovlet Universiteti,felsefe
16.Tahirli Cavid-Baki Biznes Universiteti
17.Ağaməmmədli Sevinc Azərbaycan Dillər Universiteti filologiya
18.Mahirli İsmət ADİU kommersiya
19.Manafli Səidə-Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti kitabşunasliq


Bayraq gününə həsr olunmuş tədbirdən göruntulər






"Ölkəmizi taniyaq" layihəsi çərçivəsində bu gün Bakı məktəbliləri rayonumuzun qonağı oldular.Onların qarşılanmasında məktəbimizin şagirdləri də fəal iştirak etdilər.

Hiç yorum yok:

Yorum Gönder