7.11.2014

Bu günün tarixi


1604 - Londonda Şeksprin "Otello" faciəsi ilk dəfə tamaşaya qoyulmuşdur

1665 - İngiltərədə "The London Gazette"-in ilk sayı buraxılır

1879 - Sovet siyasi xadimi Lev Trotski dünyaya gəlib 

1910 - Rus yazıçısı Lev Tolstoy vəfat edib 

1917 - Azərbaycanlı bəstəkar, xalq artisti Tofiq Quliyev dünyaya gəlib 

1922 - Bakıda Mirzə Ələkbər Sabirin heykəlinin açılışı olmuşdur

1922 - Osmanlı İmperiyası süqut etmişdir

1949 - Dünyanın ilk neft dəniz platforması olan Neft Daşlarında ilk neft quyusu fontan vurub

1982 - Türkiyədə referendum yolu ilə yeni Konstitusiya qəbul edilir

1989 - Yeni Müsavat qəzeti yaradılır

9 noyabr – “Milli bayraq günü”dür

Azərbaycan Respublikasının dövlət bayrağı ölçülərinə görə bərabər 3 horizontal zolaqdan ibarətdir. Üstdəki zolaq mavi, ortadakı zolaq qırmızı, altdakı zolaq isə yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türkmənşəli olması, qırmızı rəng cəmiyyətin müasirləşməsi, yaşıl rəng isə İslam sivilizasiyasına məsubiyyət mənasını verir. Qırmızı rəngin ortasında, bayrağın hər iki tərəfində olmaqla, ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir edilmişdir. Qeyd edək ki, bu bayraq 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə yaradılmış və Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur və bu gün iş günü sayılmır.