İbtidai təhsil elmin ilk pilləsidir! E.Məmmədov adına İsmayıllı şəhər 3 №--li məktəb-liseyin ibtidai sinif müəllimi Hüseynova Vəfanın blogu
Pages
- Ana səhifə
- Məktəbimiz
- Ibtidai sinif
- Əlifbanı öyrənirəm
- Azərbaycan dili
- Riyaziyyat
- Həyat bilgisi
- Kurikulum
- Təsviri incəsənət
- Təhsil xəbərləri
- Ümummilli lider
- Azərbaycan haqqında
- Mental Riyaziyyat-Mental Arifmetika
- PhotoMath
- Bayramlarımız
- Uşaq nağılları
- Mimio Azərbaycan
- Fotoqalereya
- Edumedia
- Milli Net
- Sehrlidunya
- Distant dərslər
- Təhsil Tv
- Maraqlıdır
- Windows.az
30.10.2014
29.10.2014
2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilsin.
2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri:
Firudin Qurbanov- Azərbaycan Respublikası təhsil nazirinin müavini
Təşkilat Komitəsinin üzvləri:
Mətin Eynullayev - Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev - Təhsil nazirinin müşaviri
Samir Vəliyev - Təhsil nazirinin müşaviri
Ağababa İbrahimov - Təhsil nazirinin müşaviri
Aydın Əhmədov- Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri
Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri
Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri
Sübhi Kazımov - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri
Rüfət Əliyev - Pilot layihələrlə iş sektorunun müdiri
Emin Əmrullayev - Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri
Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini
Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə edilir).
Müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə edilsin.
İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birgə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 oktyabr 2014-cü il
№1090
28.10.2014
Təhsil Problemləri İnstitutunda ibtidai siniflət üzrə fənn müəllimlərindən ibarət işçi qrupu ilə görüş
27 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda ibtidai siniflər üzrə Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənn kurikulumu üzrə işçi qrupunun görüşü keçirilmişdir. Görüşə qatılan İşçi qrupunun tərkibində ibtidai siniflər üzrə Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənnini tədris edən fənn müəllimləri, ali məktəb müəllimləri və bu sahənin alimləridir. İnstitutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov öncə görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasında təhsil sistemində olan ən son yenilikləri və Təhsil Strategiyasının əsas məzmunubarədə məlumat verdi.
Görüşdə ARTPİ-nin direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov, institutun direktor müavini Rafiq Qəndilov, məsləhətçi Nərminə Məmmədova, şöbə müdirləri Piralı Əliyev, Asif Hacıyev, İntiqam Cəbrayılov, Almaz Həsrət, Xətai rayonu H.Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, Nizami rayonu “Zəngi” liseyinin direktoru Bayram Heydərov, Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin müəllimi Dilşad Şeyxzadə,
Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin müəllimi Bədirnisə Quliyeva, Yasamal rayonu İncəsənət Gimnaziyasının müəllimi Ramela Əliyeva, Yasamal rayonu 286 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Mustafayeva, Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin müəllimi Pəri Qasımova, Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin müəllimi Mehriban Qulamova, Nizami rayonun 238 nömrəli tam orta məktəbin Güləbətin Tağıyeva, “Avropa-Azərbaycan” liseyinin müəllimi Gültəkin Mustafayeva, Nizami rayonu “Zəngi” liseyinin müəllimi İlahə Orucova, Səbail rayonu Bülbül adına orta ixtisas musiqi məktəbin müəllimi Rəsmiyyə Allahverdiyeva, Abşeron rayonu Mehdiabad 3 nömrəli tam orta məktəbin müəllimi Asya Eyvazova, Bülbül adına orta ixtisas musiqi məktəbin müəllimi Könül Təhməzova,
Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin müəllimi Səmagül Əliyeva, Xətai rayonu 17 nömrəli tam orta məktəbin müəllimi Məhsəti Rəhimova, Xəzər rayonu 124 nömrəli tam orta məktəbin müəllimi Çimnaz Əliyeva, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin müəllimi Sevil Haşımova, Abşeron rayon Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimi Tərbiyə Quliyeva, Nizami rayonu 238 nömrəli tam orta məktəbin müəllimi İradə Bayramova, Səbail rayonu 189 nömrəli tam orta məktəbin müəllimi Arzu Orucəliyeva, Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin müəllimi Səadət Yaqubova, Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin müəllimi Afət Allahverdiyeva, Nizami rayonu Zəngi liseyinin müəllimi Lətifə Məcidova iştirak edirdilər.
Görüşdə iştirak edən ibtidai siniflər üzrə Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənn müəllimləri və bu sahənin alimləri mövzu ətrafında geniş çıxışlar etdilər, rəy və təkliflərini söylədilər.
27.10.2014
V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb.
Qeyd edək ki, müsabiqə İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”,“AZEDUNET”, “Ultra”, “Dr.Web”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir
Müsabiqənin I mərhələsinə 1105 layihə təqdim olunub.Bunlardan 127-si müsabiqənin şərtlərinə uyğun olmadığından qəbul edilməyib. İkinci mərhələyə buraxılmış 978 layihə qiymətləndirilmək üçün müvafiq Ekspert Komissiyasına təqdim olunub.
Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaqdır.
26.10.2014
“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar
“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları”
mövzusunda seminar
Hörmətli həmkarlar!
1-4 dekabr 2014-cü il tarixdə “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları" mövzusunda seminar ( dörd günlük təlim proqramı, ödənişli) keçirir.
Rusiya Təhsil Akademiyasının akademiki
Psixologiya elmləri doktoru, professor
müəllif seminarının proqramı
Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidenti,
yazıçı, psixoloq “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri
Amonaşvili Paata Şalvoviçin iştirakı ilə.
Qeydiyyat 2014-cü il oktyabr ayının 13-dən başlayır.
Əlavə məlumat almaq və qeydiyyatdan keçmək üçün bu telefonlarla müraciət edə bilərsiniz: 4902721
0558755203
Facebook səhifəmiz: “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar
Əlavə məlumat almaq və qeydiyyatdan keçmək üçün bu telefonlarla müraciət edə bilərsiniz: 4902721
24.10.2014
Azərbaycanda ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb.
Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son 4 ildə Azərbaycanda ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq.
Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən M.Cabbarov bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb:
“Bununla yanaşı, sistemin transformasiyası universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir”.
Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan M.Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilir. İclas sabah yekunlaşacaq.
Kaydol:
Kayıtlar (Atom)

.jpg)
.jpg)



.jpg)

