13.11.2014

BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR

Vətənin pərvəri ol!
BİLİK FONDU MÜSABİQƏ ELAN EDİR!
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 15-dən fevralın 1-dək vətənpərvərlik mövzusunda müsabiqə elan edir!
Müsabiqə üç yaş qrupunda, aşağıdakı nominasiyalar üzrə keçiriləcək:
1. şeir, esse və ya hekayə;
2. rəsm və ya əl işləri;
3. foto;
Müsabiqəyə qatılan iştirakçılar 10-17, 18-25, 26-35 yaş qrupları üzrə bölünəcəklər.
Hər yaş qrupunun qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
• Seçilmiş şeir, hekayə və esselərdən ibarət toplu nəşr olunacaq.
• Rəsm, foto və əl işlərindən ibarət sərgi keçiriləcək.
Qaliblər 2015-ci il fevralın 15-də təltif olunacaqlar!
Müsabiqədə iştirak etmək istəyənlər orijinal, heç yerdə çap olunmayan və sərgilənməyən əsərlərini və özləri haqqında məlumatı aşağıdakı ünvana təqdim edə bilərlər:
Az 1069, Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 7
Tel.: (+994 12) 561-71-41; 561-60-41; 561-60-51
bilikfondu@gmail.com
İştirakçılar haqqında məlumat
Adı, soyadı,
atasının adı Doğum tarixi və yeri İşlədiyi, yaxud təhsil aldığı yer Əlaqə telefonu və elektron ünvanı Qatıldığı nominasiya

11.11.2014

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü

Mounting created Bloggif
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan  Republikasının əsas qanununun -Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Konstitusiya –(lat. constitutio — "quruluş") — ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktı, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir.
Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər  Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi. 

9.11.2014

Оптимизация оценки деятельности учителя на уроке (версия 2)

Доработка карты оценивания* Обязательно
    Педагогическое общение *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

    Постановка целей и задач педагогической деятельности *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

    Мотивирование учащихся *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

    Обеспечение информационной основы деятельности *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

    Организация учебной деятельности *
    Из восьми пунктов оценки деятельности учителя отметьте три самых неудачных с вашей точки зрения

7.11.2014

Bu günün tarixi


1604 - Londonda Şeksprin "Otello" faciəsi ilk dəfə tamaşaya qoyulmuşdur

1665 - İngiltərədə "The London Gazette"-in ilk sayı buraxılır

1879 - Sovet siyasi xadimi Lev Trotski dünyaya gəlib 

1910 - Rus yazıçısı Lev Tolstoy vəfat edib 

1917 - Azərbaycanlı bəstəkar, xalq artisti Tofiq Quliyev dünyaya gəlib 

1922 - Bakıda Mirzə Ələkbər Sabirin heykəlinin açılışı olmuşdur

1922 - Osmanlı İmperiyası süqut etmişdir

1949 - Dünyanın ilk neft dəniz platforması olan Neft Daşlarında ilk neft quyusu fontan vurub

1982 - Türkiyədə referendum yolu ilə yeni Konstitusiya qəbul edilir

1989 - Yeni Müsavat qəzeti yaradılır

9 noyabr – “Milli bayraq günü”dür

Azərbaycan Respublikasının dövlət bayrağı ölçülərinə görə bərabər 3 horizontal zolaqdan ibarətdir. Üstdəki zolaq mavi, ortadakı zolaq qırmızı, altdakı zolaq isə yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türkmənşəli olması, qırmızı rəng cəmiyyətin müasirləşməsi, yaşıl rəng isə İslam sivilizasiyasına məsubiyyət mənasını verir. Qırmızı rəngin ortasında, bayrağın hər iki tərəfində olmaqla, ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir edilmişdir. Qeyd edək ki, bu bayraq 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə yaradılmış və Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur və bu gün iş günü sayılmır.



3.11.2014