28.10.2014

Təhsil Problemləri İnstitutunda ibtidai siniflət üzrə fənn müəllimlərindən ibarət işçi qrupu ilə görüş

27 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda ibtidai siniflər üzrə Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənn kurikulumu üzrə işçi qrupunun görüşü keçirilmişdir. Görüşə qatılan İşçi qrupunun tərkibində ibtidai siniflər üzrə Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənnini tədris edən fənn müəllimləri, ali məktəb müəllimləri və bu sahənin alimləridir. İnstitutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov öncə görüş iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasında təhsil sistemində olan ən son yenilikləri və Təhsil Strategiyasının əsas məzmunubarədə məlumat verdi.
 Görüşdə ARTPİ-nin direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov, institutun direktor müavini Rafiq Qəndilov, məsləhətçi Nərminə Məmmədova, şöbə müdirləri Piralı Əliyev, Asif Hacıyev, İntiqam Cəbrayılov, Almaz Həsrət, Xətai rayonu H.Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, Nizami rayonu “Zəngi” liseyinin direktoru Bayram Heydərov, Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin müəllimi Dilşad Şeyxzadə, 
 Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin müəllimi Bədirnisə Quliyeva, Yasamal rayonu İncəsənət Gimnaziyasının müəllimi Ramela Əliyeva, Yasamal rayonu 286 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Mustafayeva, Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin müəllimi Pəri Qasımova, Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin müəllimi Mehriban Qulamova, Nizami rayonun 238 nömrəli tam orta məktəbin Güləbətin Tağıyeva, “Avropa-Azərbaycan” liseyinin müəllimi Gültəkin Mustafayeva, Nizami rayonu “Zəngi” liseyinin müəllimi İlahə Orucova, Səbail rayonu Bülbül adına orta ixtisas musiqi məktəbin müəllimi Rəsmiyyə Allahverdiyeva, Abşeron rayonu Mehdiabad 3 nömrəli tam orta məktəbin müəllimi Asya Eyvazova, Bülbül adına orta ixtisas musiqi məktəbin müəllimi Könül Təhməzova, 
Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin müəllimi Səmagül Əliyeva, Xətai rayonu 17 nömrəli tam orta məktəbin müəllimi Məhsəti Rəhimova, Xəzər rayonu 124 nömrəli tam orta məktəbin müəllimi Çimnaz Əliyeva, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin müəllimi Sevil Haşımova, Abşeron rayon Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimi Tərbiyə Quliyeva, Nizami rayonu 238 nömrəli tam orta məktəbin müəllimi İradə Bayramova, Səbail rayonu 189 nömrəli tam orta məktəbin müəllimi Arzu Orucəliyeva, Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin müəllimi Səadət Yaqubova, Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin müəllimi Afət Allahverdiyeva, Nizami rayonu Zəngi liseyinin müəllimi Lətifə Məcidova iştirak edirdilər. 
 Görüşdə iştirak edən ibtidai siniflər üzrə Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənn müəllimləri və bu sahənin alimləri mövzu ətrafında geniş çıxışlar etdilər, rəy və təkliflərini söylədilər.

26.10.2014

“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda seminar

“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist  yanaşmanın əsasları”
mövzusunda seminar 
 Hörmətli həmkarlar!

1-4  dekabr 2014-cü il tarixdə “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları" mövzusunda seminar ( dörd günlük təlim proqramı, ödənişli) keçirir.

            Rusiya Təhsil Akademiyasının akademiki
Psixologiya elmləri doktoru, professor
müəllif seminarının proqramı

Beynəlxalq Humanist Pedaqogika mərkəzinin prezidenti,
yazıçı, psixoloq “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri

Qeydiyyat 2014-cü il oktyabr ayının 13-dən  başlayır. 

Əlavə məlumat almaq və qeydiyyatdan keçmək üçün bu telefonlarla müraciət edə bilərsiniz: 4902721
0558755203


24.10.2014

Azərbaycanda ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb.




 Bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son 4 ildə Azərbaycanda ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq.
Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən M.Cabbarov bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb:
“Bununla yanaşı, sistemin transformasiyası universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir”.
Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan M.Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilir. İclas sabah yekunlaşacaq.

23.10.2014

Nazirdən ŞAD XƏBƏR: tələbə kreditləri və qrantları veriləcək




Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın Təhsil Nazirliklərinin, həmçinin Avropa Şurası və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov iclasın açılış mərasimində çıxış edərək iştirakçılara “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatları və 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə məlumat verib. Nazir bildirib ki, bu prosesin gedişində ölkənin təhsil sistemi ənənəvi inzibati amirliyə əsaslanan idarəetmədən imtina edib, açıq və demokratik olub, eyni zamanda əmək bazarının tələblərinə istiqamətlənib, əldə olunan bilikləri reallıqda tətbiq etmək imkanlarına yiyələnib.
“İqtisadi inkişafı saxlamaq və daha da möhkəmləndirmək isə təhsil sisteminin keyfiyyətindən və onun formalaşdırdığı insan kapitalından asılıdır. Təsadüfi deyil ki, ölkə prezidenti ikinci dəfə seçiləndən sonra imzaladığı ilk sənədlərdən biri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub. Bu sənəddə milli ali təhsil sisteminin Avropa təhsil mühitinə inteqrasiyasına və ali təhsil müəssisələrində struktur islahatlarının dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
M. Cabbarov tədbir iştirakçılarını Azərbaycanın təhsil sistemində baş verən dəyişikliklərlə tanış edib. Nazir bildirib ki, son 4 ildə ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən nazir bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb.
Bununla yanaşı, sistemin transformasiyası universitet idarəediciləri qarşısında yeni tələblər qoyur. Qərarların qəbulunda şəffaflıq prinsiplərinin sürətli tətbiqi, universitetlərin fəaliyyətinə bütün maraqlı tərəflərin cəlbi, hesabatlılıq mədəniyyətinin və korporativ idarəetmənin formalaşdırılması inkişaf imkanlarını təmin edən vacib elementlərdəndir.
Təhsil sahəsində birgə əməkdaşlıq imkanlarından danışan Mikayıl Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfdən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib.
M. Cabbarov bu görüşün region ölkələrində təhsilin sonrakı inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsinə yaxşı imkanlar yaradacağına və Bolonya prosesinin inkişafına müsbət təsiri göstərəcəyinə əminliyini vurğulayıb.
Sonda nazir ali təhsil sahəsində bir sıra layihələrin və islahatların həyata keçirilməsində göstərdikləri köməyə görə Dünya Bankına, Avropa İttifaqına və digər ikitərəfli tərəfdaşlara təşəkkürünü bildirib.

18.10.2014

Milli Net

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü

XX  ərin  sonlarında SSRİ - nin  dağılması  ilə  yaranan tarixi  şərait nəticəsində Azərbaycan  dövlət  müstəqilliyini bərpa etmişdir. 1991-ci il  oktyabrın  8 -də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb.  Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar  ya sessiyaya qatılmayıb, ya  da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş  Azərbaycan  Xalq Cümhuriyyətinin  hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
   1991 -ci il  dekabrın  29-da  ümumxalq  referendumunda  məsələ  müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət  bayrağı, himni  və gerbi  haqqında da qanunlar qəbul edilib.
1992-ci ilin mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət gerbini təsdiq etdi.